“Allah onların qəlblərini və qulaqlarını möhürləmiş, gözlərinə də pərdə çəkmişdir. Onlar üçün böyük bir əzab vardır.” (Bəqərə Surəsi, 7)
“Onlar bağladıqları əhd-peymanı pozduqlarına, Allahın ayələrini inkar etdiklərinə, peyğəmbərləri haqsız yerə öldürdüklərinə və: “Qəlblərimiz qapalıdır!”– demələrinə görə (lənətə düçar edildilər). Xeyr, küfrləri üzündən Allah onların qəlblərini möhürləmişdir. Onların yalnız az bir hissəsi iman gətirir.”
“Bunlar o kəslərdir ki, Allah onların qəlbinə, qulaqlarına və gözlərinə möhür vurmuşdur. Onlar əsl qafildirlər.” (Nəhl Surəsi, 108)
“Anlamasınlar deyə, onların qəlblərinə pərdə çəkib qulaqlarına əngəl qoyduq. Sən Quranda Rəbbinin Tək Allah olduğunu yada saldığın zaman onlar nifrət edərək arxalarını çevirib gedərlər.” (İsra Surəsi, 46)
“Yoxsa onlar: “O, Allaha qarşı yalan uydurdu”– deyirlər? Əgər Allah istəsə, sənin qəlbinə möhür vurar. Allah batili silib yox edər və haqqı Öz sözləri ilə bərqərar edər. Şübhəsiz ki, O, kökslərdə olanları Biləndir.”
(Şura Surəsi, 24)
“Allah istəməsə, siz istəyə bilməzsiniz. Həqiqətən, Allah biləndir, hikmət sahibidir!”(İnsan Surəsi, 30)
“Allah istəməsə, siz istəyə bilməzsiniz. Həqiqətən, Allah biləndir, hikmət sahibidir!”(İnsan Surəsi, 30)
“Nəfsinin istəyini ilahiləşdirən şəxsi gördünmü? Allah elmi sayəsində onu azğınlığa saldı, qulağını və qəlbini möhürlədi, gözünə də pərdə çəkdi. Allahdan başqa kim onu doğru yola yönəldə bilər? Məgər düşünüb ibrət almırsınız?”
(Casiyə Surəsi, 23)

