Siz ikiqat müsibət gətirmiş olduğunuz halda, başınıza bir müsibət gəldiyi zaman: “Bu, haradan gəldi?”– söylədiniz. De ki: “Bu, sizin özünüzdəndir!” Həqiqətən, Allah hər şeyə qadirdir.
Göylərin və yerin qeybi Allaha aiddir. O Saatın gəlməsi bir göz qırpımı kimidir və ya daha tezdir. Həqiqətən, Allah hər şeyə qadirdir.
(Nəhl Surəsi, 77)
İldırımın çaxması az qalır ki, onların gözlərinin işığını alsın. Onlara işıq verdiyi zaman yeriyirlər, üzərlərinə qaranlıq çökdükdə isə dayanıb dururlar. Əgər Allah istəsəydi, onların qulaqlarını və gözlərini əllərindən alardı. Həqiqətən, Allah hər şeyə qadirdir.
(Bəqərə Surəsi, 20)
Hər kəsin üz tutduğu bir qibləsi vardır. Yaxşı işlər görməkdə bir-birinizlə yarışın. Harada olursunuz olun Allah sizin hamınızı (bir yerə) toplayacaqdır. Şübhəsiz ki, Allah hər şeyə qadirdir.
(Bəqərə Surəsi, 148)
Göylərdə və yerdə nə varsa, (hamısı) Allaha məxsusdur. Siz ürəyinizdə olanı zahirə çıxarsanız da, çıxarmasanız da, Allah ona müvafiq sizinlə haqq-hesab çəkər. (Allah) istədiyini bağışlar, istədiyinə də əzab verər. Allah hər şeyə qadirdir!
(Bəqərə Surəsi, 284)
Allah, Ondan başqa ilah yoxdur, (əbədi) Yaşayandır, (bütün yaratdıqlarının) Qəyyumudur. O nə mürgü, nə də yuxu bilər. Göylərdə və yerdə nə varsa (hamısı) Onundur. Allahın izni olmadan Onun hüzurunda kim şəfaət edə bilər? O, bütün yaranmışların keçmişini və gələcəyini bilir. Onlar Allahın elmindən Onun Özünün istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun kürsünü göyləri və yeri əhatə etmişdir. Bunları mühafizə etmək Onun üçün heç də çətin deyildir. Ən uca, ən böyük varlıq da Odur!
(Bəqərə Surəsi, 255)
Əgər yer üzündəki bütün ağaclar qələm olsaydı, dəniz də (mürəkkəb olub) ardından ona yeddi dəniz də qatılsaydı, yenə də Allahın sözləri (yazmaqla) tükənməzdi. Həqiqətən, Allah Qüdrətlidir, Müdrikdir.
(Loğman Surəsi, 27)
Göyləri, yeri və onlarda yaydığı canlıları yaratması Onun dəlillərindəndir. (Allah) istədiyi vaxt yaratdıqlarını bir yerə toplamağa qadirdir.
(Şura Surəsi, 29)

