Rəbbinin istədiyi istisna olmaqla, göylər və yer durduqca onlar orada əbədi qalacaqlar. Həqiqətən, Rəbbin istədiyini edəndir.
Özlərini təmizə çıxaranları görmürsənmi? Xeyr. Allah istədiyini təmizə çıxardar və onlara xurma çərdəyindəki nazik tel qədər zülm olunmaz!
(Nisa Surəsi, 49)
Həqiqətən, Allah iman gətirib yaxşı işlər görənləri altından çaylar axan cənnətlərə daxil edər. Şübhəsiz ki, Allah istədiyini edər.
(Həcc Surəsi, 14)
Rəbbiniz sizi çox yaxşı tanıyır. İstəsə, sizə rəhm edər, istəsə, sizə əzab verər. Biz səni onlara vəkil göndərməmişik.
(İsra Surəsi, 54)
Məgər bilmirsən ki, göylərin və yerin hökmü Allaha məxsusdur?! O, istədiyinə əzab verər, istədiyini bağışlar. Allah hər şeyə qadirdir!
(Maidə Surəsi, 40)
Ayələrimizi yalan sayanlar qaranlıqlar içində karlar və lallardır. Allah istədiyini azdırar, istədiyini isə düz yola yönəldər. (Ənam Surəsi, 39)
“Əgər Allah sizi azdırmaq istəyirsə, mən sizə nəsihət vermək istəsəm belə nəsihətim sizə fayda verməz. O sizin Rəbbinizdir və Ona da qaytarılacaqsınız”.
(Hud Surəsi, 34)
İstəyənlər ondan öyüd alıb düşünər. Allah istəməsə, onlar əsla öyüd ala bilməzlər. Qorxub çəkinməyə layiq olan da, bağışlamağa qadir olan da Odur!
(Müdəssir Surəsi, 55-56)

