Yoxsa onlar Allahın (əzabının) bulud kölgələri içində mələklərlə gəlməsini və işin tamam olmasını (özlərinin məhv edilməsini) gözləyirlər? Şübhəsiz ki, bütün işlər Allaha qayıdacaqdır. (Bəqərə Surəsi, 210)
Sonra onlar Allaha – özlərinin həqiqi Himayədarına qaytarılacaqlar. Bilin ki, hökm yalnız Ona məxsusdur və O, ən tez haqq-hesab çəkəndir. (Ənam, 62)
Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur və axırda (bütün) işlər Allaha qaytarılacaqdır.
(Ali-İmran Surəsi, 109)
Yaxşı əməl sahibi olub özünü Allaha təslim edən şəxs ən möhkəm dəstəkdən yapışmış olar. Bütün işlərin sonu Allaha qayıdır. (Loğman Surəsi, 22)
O gün duracaq (pənah aparılacaq) yer ancaq Rəbbinin hüzurudur! (Quyamət Surəsi, 12)
Göylərin və yerin qeybi Allaha məxsusdur. Bütün işlər axırda Ona (Allaha) qayıdacaqdır. Elə isə yalnız Ona ibadət et və yalnız Ona təvəkkül et. Rəbbin nə etdiklərinizdən xəbərsiz deyildir.
(Hud Surəsi, 123)

